Yusif Sultanov və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 15 oktyabr 2020-ci il
Cənab Ali Baş Komandan
Düşmənin növbəti hərbi təxribatının qarşısını almaq üçün verdiyiniz əks-hücum əmriniz Qarabağ qazisi olaraq bizim 30 ildir ki, gözlədiyimiz qərar idi. Bu gün bütün xalqın ürəyi Sizinlə, cəbhə xəttində ölümün üzünə dik baxan igid əsgərlərimizlə döyünür.
Bütün Qarabağ qaziləri adından yazaraq qeyd etmək istərdik ki, biz hər an Sizin əmrinizə müntəzir əsgərlərik. Əmriniz olacağı təqdirdə, biz yenidən silaha sarılıb, torpaqlarımızı düşmən əsarətindən azad etməyə canla-başla hazırıq.
Bu Vətən müharibəsində, haqq savaşında Sizin və müzəffər Ordumuzun tutduğu yol uğura, qələbəyə calansın.
Hörmətlə,
Sultanov Yusif
Quliyev Mədət
Hüseynov Müşfiq
Kərimov Mübariz
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu