Şriftin ölçüsü :

Saytın rəngi :

Leyla Qənbərovadan, Bakı şəhəri Binəqədi rayonu, 16 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Artıq 3 həftədir ki, hər bir azərbaycanlının gözü efirdə, qulağı cəbhə xəbərlərindədir. Hamı yalnız cəbhədə baş verənlərdən danışır, Sizin müsahibələrinizi və müraciətlərinizi gözləyir. Bütün dünyadakı azərbaycanlılar, Azərbaycanda yaşayan bütün xalqlar inanılmaz birlik nümayiş etdirir.
 
İndi hamımız Qələbə ümidi, igid əsgərlərimizin Şuşa üzərində bayraq qaldıracağı günlə yaşayırıq. Həmin gün şəhidlərimizin, qətlə yetirilən günahsız mülki sakinlərin, Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olacaq. Və hər birimiz Qarabağda infrastrukturun yaradılmasında və sevimli Vətənimizin bütün ərazisində dinc həyatın bərpasında yaxından iştirak etmək ümidi ilə yaşayırıq.
 
Mən özümün və bütün əzizlərimin adından bizə bu ümidi verdiyiniz üçün, işğalçılardan azad edilmiş torpaqlarımızı görəndə gözlərimizdəki sevinc yaşları üçün Sizə təşəkkür edirəm. Allah Sizi qorusun! Allah Sizə səbr, güc və sağlamlıq versin! Xalqımız Sizinlədir, cənab Prezident!
 
Hörmətlə,
 
Leyla Qənbərova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər