Şriftin ölçüsü :

Saytın rəngi :

Duyğu Xudadatovadan, Bakı şəhəri Binəqədi rayonu, 16 oktyabr 2020-ci il

 
Hörmətli Prezident və Ali Baş Komandan!
 
Mən Duyğu Xudadatova, 283 saylı tam orta məktəbin 7a sinfində oxuyuram. Bu məktubu yazmaqla sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm! Mən əslən Qarabağın gözəl guşələrindən biri olan Ağdam şəhərindənəm. Mən Qarabağı görməsəm də, valideynlərimdən onun gözəlliyi və heyrətamiz təbiəti haqqında çox eşitmişəm. İnşallah sizin sayənizdə torpaqlarımızı erməni tapdağı altından azad edəcəyik! Hər gün ailəmizlə birlikdə sizin verəcəyiniz şad xəbərləri səbirsizliklə gözləyirik. Biz sizə inanırıq və güvənirik. Erməni faşistlərinin dinc əhalini hədəf almaqla həmyaşıdlarımın amansız ölüm xəbəri məni daha çox sarsıdır. Sizin onlara verdiyiniz cavablar məni daha da qürurlandırır! Biz inanırıq ki, bu müharibə tezliklə başa çatacaq. Azərbaycan yenidən öz ərazi bütövlüyünü bərpa edəcək! Biz hər zaman sizinləyik və olacağıq.
 
Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır! Tarix yazan Sərkərdə, cənab Ali Baş Komandan İlham Əliyev.
 
Hörmətlə,
 
Xudadatova Duyğu Anar qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər