Şriftin ölçüsü :

Saytın rəngi :

Musayev Akif Fərhad oğlu – iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

  1947-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan kəndində anadan olmuşdur.

   1965-1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, Mexanika-Riyaziyyat fakültəsini bitirmişdir.

   1971-1972-ci illərdə hərbi xidmətdə olmuşdur.

  1972-1975-ci illərdə Moskvada SSR Elmlər Akademiyasının Mərkəzi Riyaziyyat- İqtisadiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

   1976-1980-ci illərdə  Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində elmi fəaliyyətlə məşğul olmuşdur.

   1977-ci il - Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi Riyaziyyat-İqtisadiyyat İnstitutunda, “Avtomobil nəqliyyatında növbəli sutkalıq tapşırıqların effektliliyini operativ planlaşdırılma üsulları ilə yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

   1980-1984-cü illərdə ANKİ (Azərbaycan Neft və Kimya İnstitutu), Tətbiqi Riyaziyyat kafedrasının baş müəllimi və dosenti vəzifəsində çalışmışdır.

  1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənayenin iqtisadiyyatı” fakultəsi nəzdində “Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment” kafedrasını yaratmış və 1991-1999-cu illərdə ona rəhbərlik etmişdir.   

  1992-ci ildə Tbilisi Dövlət Universitetində 08.00.05- Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə “Yeni təsərrüfatçılıq şəraitində neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

   1993-cü ildən professor, 30 iyun 2001-ci il tarixdən iqtisadiyyat elmləri üzrə AMEA (Azərbaycan Milli Elmlər Akademiyası)-nın müxbir üzvüdür.

    1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin  Rəisi.

    2000-2007-ci illərcə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi.

  2001-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tədris mərkəzinin yaradılmasında iştirak etmiş, onun ilk rəisi olmuşdur.

  2001-2007-ci illərdə ADİU-da (Azərbaycan Dövlət İqtisad Universitetində) Vergi və Vergi qoyma kafedrasını yaratmış və ona rəhbərlik etmişdir.

    2007-2011-ci illərdə Azərbaycan Universitetinin Rektoru.

    2011-2013-cü illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi.

    2013-2016-cı iilərdə Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri

  2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiriProfessor Musayev Akif «За доблестную службу» Георгиевской медалью IV степени ilə təltif olunub və 1993-2005-ci illər XII International Academic Rating “Golden Fortune” jurnalına daxil edilmişdir.

   Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyəti tərəfindən professor Musayev Akif Fərhad oğlu Dünya elm və təhsilinə tövhələrinə görə Beynəlxalq Şərəf Diplomuna və Görkəmli Lider Mükafatına layiq görülmüş və onun adı Beynəlxalq Görkəmli Şəxsiyyətlər kitabının 10-cu nəşrinə daxil edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı Sərəncamı ilə Musayev Akif Fərhad oğlu Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

Akif Musayev 11 iyul 2022-ci il tarixində vəfat etmişdir.

Keçidlər