Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Nəcəfquliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 18 oktyabr 2020-ci il

 
Hörmətli cənab Ali Baş Komandan
 
Azərbaycan Respublikası və onun vətəndaşlarının sosial rifahı, həmçinin ölkəmizdə yaşayan bütün insanların firavan yaşayışı üçün həyata keçirdiyiniz misilsiz fəaliyyət üçün Sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildiririk.
 
Dədələrimizin və babalarımızın bizə əmanət qoyduğu Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün böyük fədakarlıq göstərdiyiniz göz qabağındadır. Sizin gördüyünüz işlər əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olmağınızın sübutudur.
 
Cənab Ali Baş Komandan, Sizin bütün tapşırıqlarınızı canla-başla həyata keçirməyə hazırıq. Allah Sizi, Ordumuzu və Azərbaycanımızı qorusun!
 
Hörmətlə,
 
Rafiq Nəcəfquliyev
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər