Şriftin ölçüsü :

Saytın rəngi :

Haqverdi Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 20 oktyabr 2020-ci il

 
Hörmətli cənab Ali Baş Komandan
 
Doğma torpaqlarımızın bir hissəsinin düşməndən azad olunması ilə bağlı Sizə və qəhrəman Ordumuza öz adımdan və ailəm adından dərin təşəkkür edirəm. Bu şərəfli yolda Sizlərə daha böyük zəfərlər arzulayırıq.
 
Qazandığımız uğurları Sizin uzaqgörən və məqsədyönlü siyasətinizin, yorulmaz fəaliyyətinizin nəticəsi kimi qiymətləndiririk. Biz Sizinlə fəxr edir, qürur duyuruq.
 
Mən Qarabağ müharibəsi veteranı olaraq, yenidən könüllü kimi ön cəbhədə döyüşlərdə iştirak etmək istəyirəm. Əmrinizi gözləyirəm.
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Haqverdi Məmmədov
 
Ağdam rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər