Elşən Bəşirovdan, Bakı şəhəri Binəqədi rayonu, 21 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Sizin uğurlu siyasətinizin nəticəsidir ki, bu gün şanlı Azərbaycan Ordusu yeni tarix yazır, işğal altında olan torpaqları geri qaytarır.
Cənab Prezident, Sizin atdığınız bütün addımları dəstəkləyirəm və Sizin göstərişinizlə hər an Qarabağımızı işğaldan azad etməyə, Vətənimin, dövlətimin uğrunda canımdan və qanımdan keçməyə hazıram. Vətənə olan sevgim, Sizin çıxışlarınız məni cəbhə bölgəsinə gedib düşmənə qarşı vuruşmağa ruhlandırır.
Möhtərəm Prezident, məhkum həyatı yaşayan biri kimi, Sizdən bir ricam var. Xahiş edirəm, işğal altında olan doğma torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək üçün mənim cəza müddətimin dondurulmasına icazə verəsiniz və cəza çəkdiyim müəssisədən birbaşa Qarabağ cəbhəsinə göndərəsiniz.
Vətənimizin bu ölüm-dirim savaşında mənim kimi neçə-neçə məhkum canından-qanından keçməyə hazırdır.
Hörmətlə,
Bəşirov Elşən Rəfayət oğlu, məhkum
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu