Muğan Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 21 oktyabr 2020-ci il
Hörmətli Prezident, cənab Ali Baş Komandan
Torpaqlarımızın işğaldan azad edilməsinə dair verdiyiniz qətiyyətli qərar Azərbaycan xalqına, eləcə də bütün qaçqın və məcburi köçkünlərə böyük ruh yüksəkliyi bəxş etmişdir. Sizi inandırıram ki, xalqa müraciətləriniz zamanı Sizin düşmənə qarşı çıxışlarınız və nümayiş etdirdiyiniz jestlərlə onlara dərs verməyiniz hər bir azərbaycanlı tərəfindən bəyənilmişdir. Yaşından asılı olmayaraq hər bir vətəndaşımız döyüşə getməyə hazırdır. Məhz elə bu ruh yüksəkliyinin nəticəsidir ki, şanlı Ordumuz qarış-qarış torpaqlarımızı işğaldan azad edir, hər gün erməni işğalçıları üzərində yeni uğurlar qazanır.
Cənab Prezident, Siz başda olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun!
Azərbaycan xalqı Sizi sevir və bağrına basır.
Hörmətlə,
Muğan Məmmədov
Ağdam rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu