Şriftin ölçüsü :

Saytın rəngi :

Zəka Zeynallıdan, Bakı şəhəri Binəqədi rayonu, 21 oktyabr 2020-ci il

Möhtərəm cənab Prezident
 
Mən 2017-ci ildən məhkumluq həyatı yaşayıram və bilməyərəkdən törətdiyim əmələ görə çox peşmanam.
 
Vətənimin belə dar günündə döyüş bölgəsindən kənarda qalmağımı özümə qəbahət sayıram.
 
Cənab Ali Baş Komandan, cəzamın çəkilməmiş hissəsini şanlı Qələbədən sonra çəkməyə hazıram. Bu tarixi günlərdə isə cəbhəyə - döyüş bölgəsinə göndərilib, torpaqlarımız uğrunda vuruşmaq istəyirəm.
 
Bir daha qeyd edirəm ki, həqiqi hərbi xidmətimi ləyaqətlə başa vurmuşam və indi də canımı Vətən yolunda qurban verməyə hazıram.
 
Hörmətlə,
 
Zəka Zeynallı
 
Məhkum
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər