Şriftin ölçüsü :

Saytın rəngi :

Kənan Pircanovdan, Bakı şəhəri Binəqədi rayonu, 22 oktyabr 2020-ci il

Hörmətli Prezident, cənab Ali Baş Komandan
 
Siz Azərbaycanı elə bir zirvəyə qaldırdınız ki, bütün xalq Sizinlə fəxr edir. Siz insanların xəyallarını gerçəkliyə çevirdiniz.
 
Şanlı Azərbaycan Ordusu bu gün tarix yazır və o Ordunun başında Siz dayanırsınız.
 
Cənab Prezident, bütün uğurlara görə Sizə borcluyuq. Sizin adınız yeni tariximizə qızıl hərflərlə həkk olunacaq. “Azərbaycan” deyiləndə Babək, Şah İsmayıl Xətai ilə yanaşı, İlham Əliyev də xalqın əbədiyaşar sərkədələri sırasında şərəfli yer tutacaqdır.
 
Allahdan Sizə və ailənizə cansağlığı, uzun və mənalı ömür arzulayıram. Dualarımız Sizinlədir! Ailənizlə birlikdə yüz yaşayın!
 
Hörmətlə,
 
Kənan Pircanov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər