Ayan Rüstəmzadədən, Bakı şəhəri Binəqədi rayonu, 22 oktyabr 2020-ci il
Salam əziz İlham babam. Mənim 8 yaşım var, Bakı şəhərində anadan olmuşam. Valideynlərim isə Cəbrayıl rayonundandırlar.
Mən Cəbrayılı görməmişəm, amma hər zaman oranı görmək arzusu ilə yaşamışam. Valideynlərim Cəbrayıl haqqında həmişə ürək ağrısı ilə danışırdılar. Amma bu gün onlar sevinirlər, bayram edirlər. Bunu görmək mənə fərəh hissi verir. Bu sevinci bizə bəxş etdiyinizə görə Sizə böyük təşəkkürümüzü bildiririk.
Əziz və sevimli İlham babam, doğma ata-baba yurdumu işğalçılardan azad etdiyiniz üçün Sizinlə bərabər, eyni zamanda güclü Ordumuza çox minnətdaram. Mən çox şadam ki, o gözəl səfalı və şəfalı yerləri görmək Sizin sayənizdə mənə də qismət olacaq. Bu arzularımı gerçəkləşdirdiyinizə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Rüstəmzadə Ayan Bəhruz qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi