Kazım Qarayevdən, Bakı şəhəri Binəqədi rayonu, 23 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident
Mən Birinci Qarabağ müharibəsi veteranı və hərbi cərraham. Sizin komandanlığınızla Milli Ordumuzun Qarabağ torpaqlarında göstərdiyi şücaətə və qazandığı uğurlara görə Azərbaycan xalqını və Sizi təbrik edirəm.
Cənab Prezident, bizim az qala qırılan ümidlərimizi yenidən dirçəltdiyiniz üçün, illərdir ürəyimizdə qalan arzularımızı gerçəkləşdirdiyiniz üçün Sizə təşəkkür edirəm. Hərbi cərrah olaraq əmrinizlə Vətənimə xidmət etməyə daim hazıram!
Allah Sizi və şanlı Ordumuzu qorusun!
Hörmətlə,
Kazım Qarayev
Qarabağ müharibəsi veteranı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Badamdar qəsəbəsi