Şriftin ölçüsü :

Saytın rəngi :

Aydın Uluxanlıdan, Bakı şəhəri Binəqədi rayonu, 23 oktyabr 2020-ci il

 
Möhtərəm Prezident, cənab Ali Baş Komandan
 
Torpaqlarımızı düşmən tapdağından azad etdiyinizə, bizi uzun illərin möhnətindən çıxardığınıza görə Sizə öz təşəkkürümü bildirirəm.
 
Bütün dünyaya necə ləyaqətli və güclü bir millət olduğumuzu sübut etdiniz. Bizə tarixi günlər yaşatdınız. Göstərdiyiniz səbr, təmkin və cəsarətə görə Sizə öz minnətdarlığımı bildirirəm. Siz bu millətin ən qəhrəman övladısınız. Artıq xalq sevə-sevə bu adı Sizə verib.
 
Siz hər şeyi vaxtında eləməklə, bəlkə də nə vaxtsa torpaqların işğalı ilə bağlı səbirsizlik edənlərə, o cümlədən mənə adil, uzaqgörən siyasətçi olduğunuzu bir daha göstərdiniz.
 
Əminəm ki, üzvü olduğum Milli Dövlətçilik Partiyasında hər kəs bu cür düşünür. Bundan sonra mən və məsləkdaşlarım hər zaman Sizə dəstək verəcəyik. Partiyamızın rəhbəri və üzvləri Sizi millətimizin ən ləyaqətli övladı hesab edir.
 
Tanrı köməyiniz olsun.
 
Hörmətlə,
 
Aydın Uluxanlı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər