Əbülqasım Novruzovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 oktyabr 2020-ci il
Hörmətli Prezident, cənab Ali Baş Komandan
Mən 28 ildir ki, Şuşa şəhərindən məcburi köçkün düşmüşəm. Hazırda Bakı şəhərində yaşayıram, 70 yaşım var.
Sizin uğurlu siyasətiniz nəticəsində nəhayət ki, 28 ildən sonra, nəhayət, öz dədə-baba torpağımıza qayıdacağıq. Onda Siz əbədi olaraq bizim, bütün Azərbaycan Respublikasının qəhrəman rəhbəri olacaqsınız! Mən və bütün Azərbaycan xalqı Sizi dəstəkliyirik.
Cənab Prezident, mənim iki arzum var: Birincisi, işğal altında olan bütün torpaqlarımız yağı düşməndən tam azad olunsun, orada bir nəfər də erməni qalmasın. İkincisi isə Şuşa işğaldan azad olunduqdan sonra bizim inşaatçılar və arxitektorlarımız tərəfimdən mənim öz atam kimi sevdiyim, xalqımızın sevimlisi - Ulu Öndər Heydər Əliyevin Cıdır düzünün yuxarı hissəsində olan ən hündür zirvədə möhtəşəm bir heykəli ucalsın və Cıdır düzündən həmin zirvəyə - heykəlin qarşısına qədər pilləkənlər salınsın. Qarabağın hansı hissəsindən həmin zirvəyə baxsan o möhtəşəm heykəl görünsün. Hamı Ulu Öndəri ziyarət etsin. Şuşa şəhəri də nəinki Qarabağın, hətta Azərbaycanın mədəniyyət mərkəzinə çevrilsin. Eyni zamanda dünyanın bütün ölkələrindən gələn turistlər həmin zirvəni və Ulu Öndər Heydər Əliyevi ziyarət etsinlər!
İnşallah, Allah köməyi ilə və Sizin sayənizdə mənim arzularım çin olacaq.
Hörmətlə,
Əbülqasım Novruzov
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi