Şriftin ölçüsü :

Saytın rəngi :

Kamil Mirzəyevdən, Bakı şəhəri Binəqədi rayonu, 24 oktyabr 2020-ci il

 
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan
 
İcazənizlə, Vətənimizin belə şərəfli və tarixi anında Sizə bir vətəndaş olaraq hədsiz minnətdarlığımı bildirirəm. Yeganə arzum, bir qarabağlı olaraq, Şuşada bayrağımızın dalğalanmasını görmək və Allah nəsib edərsə, Sizi bağrıma basaraq təbrik etməkdir.
 
Sizin hər bir əmrinizi yerinə yetirmək hər bir azərbaycanlı üçün şərəfdir.
 
Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!
 
Hörmətlə,
 
Kamil Mirzəyev
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər