Şriftin ölçüsü :

Saytın rəngi :

Ayxan Nəsiblidən, Bakı şəhəri Binəqədi rayonu, 24 oktyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandanımız, qalib Azərbaycan Ordusunun Sərkərdəsi
 
Siz bu gün şanlı Ordumuza komandanlıq edərək parçalanmış Azərbaycan torpaqlarını qaytarmaqla tarix yazırsınız. Qazandığınız qələbələrlə xalqımıza sevinc bəxş edib, Sizə inanan xalqın rəğbətini və sevgisini minə qatladınız. Bilin ki, Sizin kimi müdrik Prezidentə gözümüzü qırpmadan canımızı fəda etməyə hazırıq.
 
Əziz Prezidentim, mən söz verirəm ki, ana Vətənim Zəngilana qayıtdıqdan sonra həyətimizdə Sizin büstünüzü ucaldacağam. İnşallah, Siz də Mehriban xanımla birlikdə o yerlərə, bizə ziyarətə gələrsiniz. İnanıram ki, o gün çox yaxındadır.
 
Azərbaycana nəfəs verən Prezidentim, mənim sonsuza qədər əbədi Prezidentim, Siz Azərbaycanın özüsünüz!
 
Hörmətlə,
 
Ayxan Nəsibli
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər