Şriftin ölçüsü :

Saytın rəngi :

Ziya Hümbətovdan, Bakı şəhəri Binəqədi rayonu, 24 oktyabr 2020-ci il

 
Möhtərəm Prezidentim
 
Sizin – qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qələbə tarixini yazır.
 
Sizin uzaqgörən siyasətinizə heyranam. Uzun illər ölkəmizin düzgün idarə edilməsi nəticəsində bu gün Azərbaycan haqq səsini müdafiə edə bilir.
Ehtiyatda olan zabitəm. Sizdən məni hazırda xidmət edən zabit yoldaşlarım kimi cəbhə bölgəsində xidmətə cəlb edəsiniz.
 
İnşallah, torpaqlarımız işğaldan azad olunanda mən də adımı ölkəmiz üçün əlindən gələni etmiş insanların siyahısında görmək istəyirəm. Könüllü olaraq Vətənin müdafiəsinə hazıram.
 
Allah Azərbaycanınızın yar və yardımçısı olsun.
 
Hörmətlə,
 
Ziya Hümbətov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər