Şriftin ölçüsü :

Saytın rəngi :

Xəyal Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 25 oktyabr 2020-ci il

 
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
 
İlk öncə Sizi və Azərbaycan xalqını Qarabağ uğrunda gedən döyüşlərdə əldə edilmiş uğurlar və qazanılan qələbələr münasibətilə ürəkdən təbrik edir, şanlı Ordumuza və Sizə yeni uğurlar arzulayıram.
 
Mən hazırda məhkum olaraq cəza çəkməyimə baxmayaraq, hər bir qeyrətli Azərbaycan oğlu kimi bu döyüşlərdə iştirak etmək, lazım gələrsə, canımdan belə keçmək istərdim. Odur ki, bir vətənpərvər övlad kimi mənim də Vətən müharibəsində iştirak etməyimə şərait yaradılmasını arzulayıram.
 
Bir daha şəxsən özümün və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirir, uğurlar diləyirəm.
 
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Məmmədov Xəyal Mobil oğlu, məhkum
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər