İlhamə Sadıqovadan, Bakı şəhəri Binəqədi rayonu, 25 oktyabr 2020-ci il
Cənab Ali Baş Komandan
Bu günlər 30 il həsrətində qaldığımız torpaqlarımızın mənfur düşməndən azad edilməsi ilə bağlı verdiyiniz əmr bir Azərbaycan vətəndaşı kimi məni də çox qürurlandırır. Sizinlə və Ordumuzla fəxr edirəm. İnanıram ki, tez bir zamanda Sizin rəhbərliyinizlə şanlı Ordumuz torpaqlarımızı yağı düşməndən azad edəcək.
Hörmətli Prezident, hazırda oğlum Sadıqov İbrahim Arzu oğlu məhkum həyatı yaşayır. Övladım könüllü olaraq əsgər qardaşları ilə bərabər çiyin-çiyinə düşmənlə döyüşməyə hazırdır.
Mən də bir ana kimi bundan qürur duyaram.
Hörmətlə,
Sadıqova İlhamə Mustafa qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu