Şriftin ölçüsü :

Saytın rəngi :

Aysun Əsgərovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il

 
Hörmətli və əziz Prezidentimiz
 
Bu məktubu Sizə yazan 6-cı sinif şagirdi Aysun Əsgərovadır. Sizə minnətdarlığımı bildirirəm. Sizin Azərbaycanımızın inkişafı yolunda gördüyünüz işlər əvəzedilməzdir. Tanrı Sizi qorusun!
 
Televiziyadan Sizin nailiyyətləri izləyərkən, fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Son günlər şücaətli əsgərlərimizin və Sizin sarsılmaz iradəniz sayəsində döyüşlərdə qazanılan qələbələrə görə Sizə bir ömür boyu minnətdarıq.
 
Siz oktyabrın 20-də Zəngilanımızın azad olunması ilə bağlı verdiyiniz şad xəbərlə bütün Azərbaycanı sevindirdiniz. Xalqımız inanır ki, Siz bizim bir qarış torpağımızı belə düşmən tapdağında qoymayacaq, bütün Qarabağ torpaqlarını azad edəcəksiniz.
 
İlhamla irəli! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Aysun Əsgərova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər