Şriftin ölçüsü :

Saytın rəngi :

Vüsal Səməndzadədən, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
30 ildir ki, erməni işğalçılarının tapdağı altında qalmış, sanki dilə gələrək, “bizi qurtarın” deyən torpaqlarımızı Siz müdrik siyasətiniz nəticəsində, güclü Ordumuzun şücaəti ilə quduz erməni daşnaklarından azad edirsiniz.
 
Bu Vətən müharibəsində Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazır, öz zəfər imzanızı atırsınız. “Qarabağ Azərbaycandır!” deyərək hədsizlərə həddini - Paşinyana cavabını verdiniz.
 
Cənab Prezident, Qələbə münasibətilə Sizi, komandanı olduğunuz, güclü Ordumuzu, o cümlədən Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı, yeni-yeni qələbələr arzulayıram.
 
Başqasının torpağında gözü olan Ermənistan prezidentinə və bütün dünyaya sübut etdiniz ki, Azərbaycan Respublikasının müdrik, müzəffər Ali Baş Komandanı, güclü Ordusu, müasir silah və texnikaları var.
 
Azərbaycan xalqı Sizinlədir. Mən fəxr edirəm ki, bizim Sizin kimi Prezidentimiz var. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına!
 
Yaşasın Azərbaycan!
 
Qarabağ Azərbaycandır!
 
Allah Sizi bədnəzərdən qorusun!
 
Hörmətlə,
 
Vüsal Səməndzadə
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər