Şriftin ölçüsü :

Saytın rəngi :

Nəzakət Sayılovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
Mənim uşaqlıq xatirələrim Zəngilanla bağlıdır. Ağlım kəsəndən həmişə istəmişəm və arzu etmişəm ki, doğma torpaqlarımız işğaldan azad olunsun və mən bir daha o yerlərə, uşaq xatirələrimə qayıdım.
 
Məni və yüz minlərlə zəngilanlını ürəyindəki ən böyük arzuya çatdırdığınız üçün Sizə və müzəffər Azəərbaycan Ordusuna öz adımdan və 179 saylı orta məktəbin bütün kollektivi adından dərin təşəkkürlərimi bildirirəm. Sizinlə qürur duyuruq.
 
Allah Sizi və şanlı Ordumuzu qorusun!
 
Hörmətlə,
 
Nəzakət Sayılova, təhsil işçisi
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi
Keçidlər