Elməddin Yusifovdan, Bakı şəhəri Binəqədi rayonu, 26 oktyabr 2020-ci il
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan
Qubadlının zəfər xəbəri paylaşımınızı hər bir qubadlılı kimi, mən də böyük səbirsizliklə gözləyirdim. Görmədiyim, ayaq basmadığım, ancaq haqqında eşitdiyim bu yerləri yenidən Vətən torpağı etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin qətiyyətli mövqeyiniz, sarsılmaz siyasi iradəniz nəticəsində xalqımız ən sevincli anlarını yaşayır. Qubadlımızın azad olunması tariximizin şanlı anlarından birinə çevrildi. Mən bir qubadlılı kimi, bir Azərbaycan gənci kimi Sizə çox təşəkkür edirəm. Qubadlıda sancdığımız şanlı üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın. Sizinlə Qubadlıda-doğma kəndimdə görüşmək ümidi ilə, minnətdarlığımı aşağıdakı şeir parçası ilə bitirmək istəyirəm:
Ay dostum, seyr elə Azərbaycanı,
Gəz, dolan hər yanı, Qubadlıya gəl.
İlham al xalqımın hər zəfərindən,
Keç Mili, Muğanı Qubadlıya gəl.
Hörmətlə,
Elməddin Yusifov
Qubadlı rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu