Şriftin ölçüsü :

Saytın rəngi :

Elmar Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 27 oktyabr 2020-ci il

 
Hörmətli cənab Ali Baş Komandan!
 
İşğal altında olan torpaqlarımız Sizin apardığınız uğurlu siyasət nəticəsində erməni faşistlərindən azad edilir. Xalqımız illərdən bəri bu günü gözləyirdi.
 
Mən də 1991-1994-cü illərdə Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişəm. Hazırda düşmənə qarşı Vətən müharibəsində iştirak edə bilmirəm. Çünki məhkum həyatı yaşayıram.
 
Çox istərdim ki, mən də bu çətin günlərdə ön cəbhədə olum, erməni terrorçularına qarşı döyüşüm.
 
Hörmətlə,
 
Əliyev Elmar Salman oğlu, məhkum
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər