Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Əkbərovdan, Bakı şəhəri Binəqədi rayonu, 27 oktyabr 2020-ci il

 
Cənab Ali Baş komandan, möhtərəm Prezident
 
Allah sizin əziyyətinizi görür. Mən və mənim ailəm, qohumlarım və ətrafım Sizi dəstəkləmişik və dəstəkləyəcəyik. Sizin Azərbaycan Respublikası üçün çəkdiyiniz əziyyət göz qabağındadır və danılmazdır. Allah çıxdığınız yolu aydınlıq etsin. Torpaqlarımız işğaldan azad olunur və olunacaq. Biz vətəndaşlar Sizə inanırıq və Sizin yanınızdayıq. Haqq yolu ən doğru yoldur. Biz Sizinlə qürur duyuruq cənab Prezident.
 
Hörmətlə,
 
Əkbərov Nəsimi Telman oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər