Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdi Cəfərlidən, Bakı şəhəri Binəqədi rayonu, 04 yanvar 2021-ci il

 
Hörmətli Prezidentimiz İlham Əliyev!
 
Mən bu məktubu yazmaqla Vətən müharibəsində qazandığınız Qələbəyə görə Sizi ürəkdən təbrik edirəm. 2020-ci il bizim tariximizə qızıl hərflərlə yazılacaq. Bu tarixi Siz yazdınız, cənab Prezident. Ona görə də bütün xalqımız Sizi dəstəkləyir. Mən və mənim ailəm Sizi ürəkdən sevir, hər gün Sizin çıxışlarınıza qulaq asırıq. Siz hər bir insanın, həm qocaların, həm də uşaqların qayğısına qalırsınız.
 
Hörmətli Prezident! Mən 2009-cu il yanvarın 20-də anadan olmuşam. Bu qanlı yanvar günü olduğu üçün valideynlərim bir dəfə də olsa ad günümü keçirməyib. Sizin rəbərliyinizlə bizim Şanlı Ordumuz tökülən qanların əvəzini çıxdı. Biz qalib gəldik. Artıq Qarabağ bizimdir. Buna görə də 20 yanvarda ilk dəfə mənim ad günüm qeyd olunacaq.
 
Hörmətlə,
 
Cəfərli Mehdi Azad oğlu, şagird
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər