Təvəkkül Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 06 yanvar 2021-ci il
Hörmətli cənab Prezident!
Erməni işğalı altında olmuş Azərbaycan torpaqlarının Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində işğaldan azad olunması və tarixi Vətənimizin bütövlüyünün bərpa edilməsi Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsidir. Bu Qələbə münasibətilə Sizi bir Çernobıl əlili kimi şəxsən öz adımdan və ailəm adından təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.
Azərbaycan əsgərinin Sizin komandanlığınız altında göstərdiyi şücaət hərb tarixinə qızıl hərflərlə yazılacaq, igid sərkərdə kimi Sizin adınız Azərbaycan xalqının hünər, fəxr yeri olacaqdır.
Bir daha Uca Tanrıdan Sizə həyatda ən şirin nemət olan cansağlığı arzulayıram.
Hörmətlə,
Məmmədov Təvəkkül Nasir oğlu, Çernobıl əlili
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu