Şriftin ölçüsü :

Saytın rəngi :

Binnət Həsənovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 yanvar 2021-ci il

 
Möhtərəm cənab Prezident,
 
Prokurorluq orqanlarında fəaliyyətimi yüksək qiymətləndirərək “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı və ehtiramımı bildirirəm.
 
Müzəffər Ali Baş Komandan, dövlət təltifinə məhz Sizin müdrik rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusunun böyük zəfər əldə etdiyi, “Qarabağ Azərbaycandır!” ifadənizin əbədiləşdiyi bir vaxtda layiq görülməyim məni xüsusən qürurlandırır. Həm də ona görə xoşbəxtəm ki, bu təltifə görə məhz Sizin tərəfinizdən Azərbaycan Respublikasının “əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş mərhum atam Rafiq Həsənovun ruhu şad olmuşdur.
 
Zati-aliləri, bu unudulmaz anları bizə bəxş etdiyiniz üçün bir daha sonsuz minnətdarlığımı bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür, gözəl ailə səadəti, Azərbaycan dövləti naminə gördüyünüz möhtəşəm və tarixi işlərinizdə tükənməz qüvvə arzulayıram. Allah Sizi qorusun!
 
Dərin hörmətlə,
 
Həsənov Binnət Rafiq oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər