Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmalı Həsənovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 yanvar 2021-ci il

 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı, Sərkərdəsi, Milli Qəhrəmanı adına layiq olan İlham Heydər oğlu Əliyev,
 
Sizi doğma Qarabağımızın işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirik.
 
Hörmətli Prezident, Sizin müdrikliyiniz sayəsində istər hərbi, istərsə də siyasi yolla Qarabağımız yağı düşmən tapdağından azad olundu. Allaha qurban olum ki, Sizin kimi insanı dünyaya bəxş edib və bu gün məhz Siz bizim Prezidentimizsiniz. Bizim ailəmiz Sizinlə fəxr edir. Siz bizim ömürlük rəhbərimizsiniz. Nə yaxşı ki, Siz varsınız. Mavi ekrandan Sizdən hər zaman sevinc müjdəli xəbərlər eşidəndə uçmağa qanadımız olmurdu. Şanlı Ordumuzun qeyrətli oğulları bu Qələbəni bizə bəxş etdi. Sizin dəmir yumruğunuz o qədər güclüdür ki, hətta dünyada ən güclü olan silahdan da qüvvətlidir. O dəmir yumruq yaxın vaxtda elə edəcəkdir ki, nankor düşmən Ermənistandan da qaçıb gedəcəkdir. Çünki o torpaqlar da bizimkidir. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri nurla dolsun. Valideynlərinin qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa diləyirik. Allah hərbçilərimizi qorusun. Onların qanı bahasına şanlı Ordumuz zəfər çaldı.
 
Hörmətli Prezident, Allah Sizi pənahında saxlasın. Sizə və ailənizə uzun ömür, cansağlığı, işlərinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Rəbbim Sizə yar olsun. Bizə mənəvi dayaq verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqına minnətdarlığımızı bildiririk. Allah bütün türk dünyasını qorusun. Ümumiyyətlə, bizə mənəvi dəstək verən bütün dövlətlərə təşəkkür edirik. Rəbbim ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevə rəhmət eləsin. Azərbaycan xalqı heç vaxt bu dahi şəxsiyyəti unutmayacaq. O, daim hamımızın ürəyindədir. Yaxşı ki, arzusu yerinə yetirildi və bu gün də ruhu şaddır. Bir daha ailəmiz Sizi dəstəkləyir və həmişə Sizinləyik. Allah işinizi avand eləsin.
 
Dünya tarixində bu günə kimi elə bir dövlət olmayıb ki, 44 gün ərzində o boyda sahəyə malik olan şəhərləri və rayonları düşmən tapdağından azad etsin. Siz yeni bir tarix yaratdınız. Bu şanlı tarixə dair saysız-hesabsız kinolar çəkiləcək, mahnılar qoşulacaq. Azərbaycanın ən yeni tarixi yazılacaq. Bunların hamısının başında Siz və şanlı Azərbaycan Ordusu dayanır. Artıq dünyanın mənəm-mənəm deyən ölkələri Ordumuzun zəfərindən danışır, Ordumuzun taktikasını öyrənməyə çalışırlar. Paxıl ermənipərəst ölkələrə ar olsun.
 
Şükür Allaha ki, bu şərəfli zəfər Azərbaycana nəsib oldu.
 
Əsgər balalarım, sizə yaxşı yol,
Vətən qeyrətini çəkən sizsiniz.
Alçağın, yaltağın, yağı düşmənin,
Gözündən qanlı yaş tökən sizsiniz.
Biz sizə arxayıq, çörəklə-duzla,
Siz bizə bəllisiz ünvanınızla
Düşmən hücum etsə al-qanınızla
Suvarıb torpağı əkən sizsiniz.
Yurdum od-ocağa qalanan vaxtı,
Torpağın çapılıb-talanan vaxtı,
Yağı gülləsi ilə yalanan vaxtı
Eli azad edib tikən sizsiniz.
 
Hörmətlə,
 
Həsənov Şahmalı Məhər oğlu və ailə üzvləri
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər