Zahir Əhmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 18 yanvar 2021-ci il
Müzəffər Ali Baş Komandan!
Sizi və bütün Azərbaycan xalqını böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allah Sizi və ailənizi daim qorusun! Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm.
Sizin rəhbərliyiniz altında şücaətli Ordumuz işğalda olan torpaqlarımızı illər sonra düşmən tapdağından azad etdi və bu qalibiyyət bütün azərbaycanlılar üçün əsl bayramdır. Xalqımızın Sizə olan inamı və güvəni sonsuzdur. Kimsə bu inamı qıra bilməz. Sizin kimi rəhbərimiz, Ali Baş Komandanımız olduğu üçün çox şanslıyıq. Bu zəfəri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Sizin “dəmir” yumruğunuz sayəsində düşmən öz həddini bildi və anladı ki, Qarabağ Azərbaycandır.
Bir daha Sizi və Azərbaycan xalqını şanlı zəfərimiz münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin inkişafı naminə qarşıdakı fəaliyyətinizdə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Əhmədov Zahir Musa oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu