Şriftin ölçüsü :

Saytın rəngi :

Orxan Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 04 fevral 2021-ci il

 
Möhtərəm cənab Prezident,
 
Sizin daxili və xarici siyasətinizi biz hər zaman dəstəkləmişik və elə bunun nəticəsidir ki, bu gün xalqımız sevinc hissi ilə möhtəşəm qələbə əzmini yaşayır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
 
Sizin Azərbaycan Televiziyasına müsahibənizi böyük maraq və diqqətlə izlədim, çox qürurlandım. Siz daim xalqın yanında olduğunuzu bir daha göstərdiniz. Bildirmək istəyirəm ki, bu xalq da Sizinlədir, biz Sizin həmişə arxanızdayıq, cənab Prezident!
 
Mən qürurla söyləyə bilərəm ki, mən və mənim dostlarım bu haqq yolunda Sizin yanınızdayıq və Sizə böyük uğurlar arzulayırıq. Biz Sizinlə fəxr edirik və Sizə güvənirik. Əmin olun ki, xalqımız Sizi çox sevir! Biz son nəfəsimizədək Sizinləyik!
 
Hörmətlə,
 
Məmmədov Orxan
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər