Bəxtiyar Əzizovdan, Bakı şəhəri Binəqədi rayonu, 28 oktyabr 2020-ci il
Möhtərəm cənab Prezident
Vətənimizin işğal altında qalan torpaqlarının azad edilməsi uğrunda apardığınız siyasi, diplomatik və hərbi sahədəki mübarizəniz öz nəticəsini göstərir. İşğalçı torpaqlarımızdan qovulur. Gözümüz qarşısında yaşanan bu şanlı hadisələr haqqında ürəyimdən keçənləri şeirlə ifadə edərək Sizə göndərirəm:
Komandanın səsi
Əsib titrəyirlər məğrur səsindən,
Torpağı zəbt edən mənfur ünsürlər.
İgid Ordumuzun marş yürüşündən,
“Siçan tək” gizlənir yağı düşmənlər.
Ali Baş Komandan əmrini verib,
“İt kimi qovacaq”, düşməni deyib.
Orduya yenilməz fərmanın verib,
“Qarabağ bizimdir”, bizimdir deyib.
Topların, tankların gurultusundan,
Şanlı əsgərlərin nəriltisindən,
Əl çəkib qaçırlar silah-sursatdan,
İgid Ordumuzun şücaətindən.
Ordunun önündə mərd, igid durur,
Vətən tarixini yenidən yazır.
“Nə gəzirsiz bu torpaqda?” sorur,
Sarsılmaz, yenilməz zərbələr vurur.
Nə qədər duracaq sənin önündə,
Ey ana vətənim, məğrur torpağım.
Dərin iz qoyacaq sənin köksündə,
Qürurlu İlhamım və Komandanım.
Qələbə müjdəsi çatdıqda bizə,
Qürurla minnətdar olarıq Sizə.
Seyyida, yazdığın çin olacaqdır.
Sülh ilə soyumuz yaşayacaqdır.
Hörmətlə,
Bəxtiyar Əzizov (Seyyid)
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu