Əsmər Kərimlidən, Bakı şəhəri Binəqədi rayonu, 28 oktyabr 2020-ci il
Əziz və hörmətli Prezidentimiz
Torpaqlarımızı işğaldan azad etdiyiniz üçün Sizə və güclü ordumuza minnətdarlığımı bildirirəm.
Sizin kimi Ali Baş Komandanımız və bu cür qüdrətli ordumuz olduğu üçün qürur duyuram. Mən bir ağdamlı olaraq illər sonra öz ata-baba yurdumu görəcəyim üçün çox xoşbəxtəm.
Əminəm ki, yaxın günlərdə Ağdam şəhərinin azadlıq xəbərini alacağıq. Sizə və ordumuza uğurlar arzu edirəm.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əsmər Kərimli
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu