Tariyel Şixbalayevdən, Bakı şəhəri Binəqədi rayonu, 28 oktyabr 2020-ci il
Cənab Prezidentimiz
Mən Sizin igidliyinizə heyranam. İnanın ki, bizi döyüşlərdə irəliyə aparan qətiyyətli sözləriniz və rəşadətli Ordumuzdur.
Mən tağım komandiri, baş leytenant olaraq döyüşlərdə yaralanmışam və hazırda Bakıda müalicə alıram. Müalicəm bitdikdə ayağa qalxıb yenidən ön cəbhəyə gedəcəyəm.
Döyüşlərdə iştirak etmiş bir hərbçi olaraq deyə bilərəm ki, Ordumuzda böyük ruh yüksəkliyi hökm sürür. Qələbələr bizi daha da ruhlandırır.
Hörmətlə,
Tariyel Şixbalayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu