Şriftin ölçüsü :

Saytın rəngi :

Raya Əhmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 29 oktyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
Mən - Əhmədova Raya İslam qızı Qubadlı rayonundan məcburi köçkünəm. Qubadlıdan məcburi köçkün düşəndə ermənilər mənim 5 bacımı və qardaşımı öldürüb məni ağır yaraladılar. Bu illər ərzində çox çətin günlər keçirmişəm. Lakin bir gün də olsun ümidimi üzməmişəm. İnanmışam ki, bir gün doğma torpaqlara qayıdacağam. Qubadlının azad olunmasını eşidəndə sevindim ki, arzuma çatdım.
 
Buna görə Sizə təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident.
 
Hörmətlə,
 
Raya Əhmədova
 
Qubadlı rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər