Nəzrin Qədirovadan, Bakı şəhəri Binəqədi rayonu, 29 oktyabr 2020-ci il
Salam əziz və hörmətli Prezidentimiz İlham Əliyev!
Yaşımın az olmasına baxmayaraq, səmimi duyğularımı bildirmək üçün Sizə bu məktubu yazmağı özümə borc bildim. Torpaqlarımızın azğınlaşmış düşmən işğalından azad olunması uğrunda apardığınız mübarizədə əldə etdiyiniz nailiyyətlərə görə Sizi ürəkdən təbrik edirəm. Hər dəfə ailə üzvlərimizlə birlikdə Sizin televizorda etdiyiniz çıxışlarınızı dinlədikdə çox qürurlanır və sevincdən kövrəlirik. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. İnşallah, tez bir zamanda bütün torpaqlarımız alınar. Hər gün Sizlərə dua edirəm. Allah hərbiçilərimizi, əsgərlərimizi və Sizi qorusun!
Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı!
Yaşasın Prezidentimiz İlham Əliyev!
Hörmətlə,
Qədirova Nəzrin Qədir qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu