Şriftin ölçüsü :

Saytın rəngi :

Natəvan Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 30 oktyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Mən bir Azərbaycan vətəndaşı kimi çox xoşbəxtəm ki, Sizin kimi Prezidentimiz və müzəffər Ali Baş Komandanımız var. Qəhrəman oğulları qəhrəman analar dünyaya gətirər. Siz bu gözəl işinizdə tarixdə qəhrəmanlıq salnaməsi yazdınız.
 
1993-cü ildə biz Kəlbəcərdən məcburi köçkün kimi Bakıya gələndə insanların qəmli-kədərli baxışları, cadar-cadar olub qaysaq bağlamış dodaqları ürək dağlayırdı. İndi Sizin böyük siyasətinizin sayəsində həmin kədərli gözlərdə sevinc, o partlamış dodaqlarda Qələbə təbəssümü var. Bu gözəl anları, Qələbə sevincini bizə yaratdığınız üçün Sizə sonsuz minnətdarıq. Allah Sizi qorusun! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Sonda qeyd etmək istəyirəm ki, mən bir həkim kimi hər zaman Vətənimin keşiyində, qəhrəman xalqımın xidmətindəyəm. Əgər ehtiyac olarsa Sizin əmrinizlə cəbhəyə getməyə hazıram.
 
Hörmətlə,
 
Natəvan Quliyeva, həkim
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər