Həsən Əhmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 30 oktyabr 2020-ci il
Hörmətli cənab Prezident,
Mən Qubadlı rayonunun Həmizəlli kəndində anadan olmuşam. Məcburi köçkün düşəndən Bakı şəhərində kiçik müəssisələrin birində fəhlə işləyirəm.
Neçə illər idi gözümüz yolda idi. Amma Sizin çıxışlarınızı izlədikcə əmin olurduq ki, əvvəl-axır torpaqlarımıza qayıdacağıq. Axır ki, o gün gəldi. Bu günü isə bizə Siz - ürəyi xalqın qəlbi ilə bir döyünən, xalqının xilaskarı olan Prezidentimiz yaşatdı.
Cənab Prezident, Siz əks-hücumlara başlamaq qərarı ilə xalqın ürəyindən tikan çıxardınız. Başımızı ucaltdınız, bizə meydan oxuyan düşməni məhv etdiniz. Tariximizdəki qara ləkələri qələbə rənginə bürüdünüz, bununla da adınızı Azərbaycan tarixinə yazdınız. Babəkin, Koroğlunun, Qaçaq Nəbinin, Cavanşirin işini davam etdirdiniz.
Biz Allaha şükür edirik ki, Sizi xalqımıza bəxş edib. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Bütün dünyanın azərbaycanlıları, türkləri Sizinlədir. Tanrı Sizi qorusun!
Yaşasın Azərbaycan xalqı, yaşasın Prezidentimiz!
Hörmətlə,
Əhmədov Həsən,
Qubadlı rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu