Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar Kərimovdan, Bakı şəhəri Binəqədi rayonu, 30 oktyabr 2020-ci il

 
Hörmətli Prezidenti, cənab Ali Baş Komandan!
 
Sizin qürurverici çıxışlarınızı mütəmadi izləyirəm. Sonuncu çıxışınızla bağlı Sizə sonsuz minnətdarlığımı bildirmək istərdim.
 
Cənab Prezident, Sizə daim Allahdan güc, qüvvət, erməni xainlərinin hiylələrinə qarşı səbir, möhkəm dözüm arzulayıram.
 
Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun şücaəti sayəsində işğal olunmuş bütün torpaqlarımızın azad olunması xəbərini dilinizdən eşitmək arzusu ilə yaşayırıq.
 
Sizə möhkəm cansağlığı, yeni-yeni qələbə sevincləri arzu edirəm.
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Kərimov İlqar
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Keçidlər