Şriftin ölçüsü :

Saytın rəngi :

Elbrus Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 04 noyabr 2020-ci il

Müzəffər Ali Baş Komandan!
 
Azərbaycanın 207 illik (1813-2020) məğlubiyyətlərinə son qoyduğunuz üçün Sizi və xalqımızı təbrik edirəm.
 
Sizin xidmətlərinizi yüksək qiymətləndirərək, Sizə “Şah İsmayıl” ordeninin verilməsini arzu edirəm.
 
Sizin və Ordumuzun erməni təcavüzkarları üzərində qələbələr qazanmağınız dünya azərbaycanlılarını qürurlandırır. Bu gün Sizin adınız ən görkəmli sərkərdələrlə birgə çəkilir.
 
Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etmişdisə, Siz ölkəmizin ərazi bütövlüyünü bərpa edirsiniz. İnşallah, gələcəkdə uğurlarımız daha da bol olar.
 
Hörmətlə,
 
Quliyev Elbrus Fərrux oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər