Aygül Rüstəmovadan, Bakı şəhəri Binəqədi rayonu, 04 noyabr 2020-ci il
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev,
Azərbaycan xalqının vətəndaşlarından biri olaraq mən də, Sizin dünyəvi siyasət meydanında nadir, böyük insan olduğunuzu görürəm və mən bir gənc olaraq Sizinlə fəxr edirəm.
Cənab Ali Baş Komandan, Sizə olan böyük ehtiramımı könül nəğmələrində belə dilə gətirmək istəyirəm:
Zəfər dastanını yazırsan bugün,
Vətən torpağına yazılır adın,
Yayılıb dünyaya Qarabağ ünün,
Sancırsan Qarabağa zəfər bayrağın.
İndi həqiqətlər görünür bizə,
Xalqın alqış deyir – Ali Baş Komandanım.
Əfsanə deyirik Ulu Öndərə,
Düşməni məhv edən Ali Baş Komandanım.
Düşmən bayrağını endirməyiniz,
Sabah, şanlı tarix sayılacaqdır.
Düşməni mat qoyan əməlləriniz,
Bütün yer üzünə yayılacaqdır,
Heyranıq İlhamın zəkasına ki,
Əfsanə yaradır Vətənlə bağlı.
Baş vurur zülmətlər dünyasına ki,
Zülməti dağıtsın idrakı, ağlı.
Bu hərb meydanında sonsuz hünərlə,
İdraka sığmayan tilsim qırırsız.
Siz bu qəhrəmanlıq əfsanənizlə
Vətəni bizlərə tanıdırsınız,
Bizləri, bizlərə tanıdırsınız.
Hörmətlə,
Rüstəmova Aygül, psixoloq
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi