Şəms Muxtarlıdan, Bakı şəhəri Binəqədi rayonu, 04 noyabr 2020-ci il
Müzəffər Ali Baş Komandan
Mənim 19 yaşım var. Atam və anam işğal altında olan Ağdam rayonundandırlar. İşğal olunmuş torpaqlarımızı Sizin rəhbərliyinizlə güclü Ordumuz sayəsində düşməndən azad edirik. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizin qisasını düşməndən alırıq.
İnşallah, tezliklə mən də görmədiyim, qoxusunu belə duymadığım, həsrətində olduğum torpağıma qayıdacağam. Biz Sizə güvənirik və xalq olaraq hər zaman Sizin yanınızdayıq.
Bizə mənəvi dəstək olan, Ulu Öndərin “Bir millət, iki dövlət” adlandırdığı Azərbaycan-Türkiyə qardaşlığı ilə fəxr edirəm.
Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Sizin dediyiniz kimi: Qarabağ Azərbaycandır!
Hörmətlə,
Muxtarlı Şəms Ceyhun qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu