Şriftin ölçüsü :

Saytın rəngi :

Ömər Həsənli və Əvəz Əlizadədən, Bakı şəhəri Binəqədi rayonu, 05 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Biz Zəngilan rayonu 4 saylı orta məktəbin 6a sinif şagirdləriyik. Siz Zəngilanın işğaldan azad olunması xəbərini elan etdikdə böyüklərlə birlikdə biz də çox sevindik.
 
Biz həmişə məktəbdə Zəngilanın və digər torpaqlarımızın isğal günü ilə bağlı tədbirlər keçirirdik. Müəllimlərimiz bizə güclü olmağı, düsmənə qarşı amansız olmağı tövsiyə edirdilər.
 
Bu gun bizim ordumuz Sizin əmrinizlə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış, şəhidlərimizin qisasını almışlar.
 
Artıq biz məktəbdə Zəngilanın isğal yox, azad olunduğu günü təntənə ilə qeyd edəcəyik. Biz çox sevinirik, çünki Zəngilanın çinarlı meşələrini, tarixi abidələrini, gözəl guşələrini gedib görəcəyik.
 
Allah Sizi və ordumuzu qorusun! Tezliklə Sizdən bütün Qarabağın azad olunması xəbərini eşidək.
 
Yaşasın Azərbaycan!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Ömər Həsənli və Əvəz Əlizadə
 
Zəngilandan məcburi köçkünlər
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər