Şriftin ölçüsü :

Saytın rəngi :

Fidan Talıblıdan, Bakı şəhəri Binəqədi rayonu, 05 noyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
Siz hər dəfə çıxış edərək işğaldan azad olunmuş ərazilərimizi elan edərkən mən çox qürur duyuram ki, Sizin kimi Prezidentimiz var. Mən Sizə çox güvənirəm. İnanıram ki, bütün Qarabağımız tezliklə düşmənlərdən azad olunacaq.
 
Mən şagird olsam da, Sizin bütün çıxışlarınızı diqqətlə dinləyirəm. Baxmayaraq ki, mənfur düşmən dinc əhalimizi raket atəşinə tutur, Sizin rəhbərliyinizlə vuruşan şanlı Ordumuz erməni dinc əhalisinə heç bir dənə də güllə atmayıb və atmır.
 
Mən inanıram ki, Qələbə xəbərini çox tezliklə elan edəcəksiniz.
 
Mən Sizi çox sevirəm.
 
Hörmətlə,
 
Fidan Talıblı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Keçidlər