Xəlil Qasımovdan, Bakı şəhəri Binəqədi rayonu, 07 noyabr 2020-ci il
Hörmətli cənab Prezident
Azərbaycan xalqının hər bir nümayəndəsi kimi mən də böyük fəxr və qürur hissi ilə Sizin verəcəyiniz şad xəbərləri yaxından izləyirəm. Yeni Qələbə xəbərlərinin Sizin doğma səsiniz, qətiyyətli duruşunuzla ölkənin hər bir guşəsinə yayılmasını səbirsizliklə gözləyirəm. Mən əslən Qərbi Azərbaycanın Ararat rayonunun Yengicə kəndindənəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mənim qardaşım Əzizzadə Xaliq Həsən oğlu 2016-cı il "Aprel" döyüşlərində vətən uğrunda qəhrəmancasına şəhid olub. Şəhid qardaşı olmaq mənim üçün ən böyük fəxrdir. Ailəmiz və bütün Azərbaycan xalqı şəhid olan igidlərimizin və torpaqlarımızın qisasının yerdə qalmayacağına hər zaman inanıb. Sentyabrın 27-dən Sizin rəhbərliyiniz ilə vətənimizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar və uğurlu siyasətiniz bunu bir daha sübut etdi. Bu gün mən və bütün Azərbaycan xalqı Sizin yanınızda son damla qanımıza kimi dayanmışıq. Sizin Azərbaycan və xalqımız üçün etdikləriniz əsla göz ardı edilməməlidir. Hər bir azərbaycanlı kimi mən də bu gün Sizin komandanlığınız altında vətənimin hər qarışı üçün canımı verməyə hazıram. Biz şübhə etmirik ki, Sizin uzaqgörənliyiniz və uğurlu siyasətiniz nəticəsində Azərbaycan öz əzəli və əbədi torpaqlarına qovuşacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın Cənab Ali Baş komandan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qasımov Xəlil Həsən oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu