Əli Hüseynovdan, Bakı şəhəri Binəqədi rayonu, 08 noyabr 2020-ci il
Hörmətli cənab Prezident!
Son günlər cəbhədə qazanılan uğurlarımız şübhəsiz ki, Sizin uzaqgörən siyasətinizdən irəli gəlir. Bir şəhid atası kimi, demək istəyirəm ki, nəinki mənim oğlumun, bütün Azərbaycan şəhidlərinin ruhu şad oldu, onların qanı yerdə qalmır.
27 ildən sonra, mənə 85 yaşımda doğma Ağdamıma qayıtmağımı göydə Allah, yerdə Siz nəsib edirsiniz. Mən inanıram ki, Ulu Öndərimizin Sizə tövsiyə etdiyi siyasət qələbə çalacaq və bu, o gündür!
Siz düşmənə Azərbaycanın necə güclü dövlət olduğunu dünya qarşısında sübut edirsiniz, Qarabağ Azərbaycandır deyirsiniz. Mən inanıram ki, tezliklə Azərbaycan bayrağı Ağdamda, Şuşa və Laçında, Qarabağın bütün bölgələrində dalğalanacaq, və biz ağdamlılar Sizin daima yanınızdayıq.
Biz Sizə və Sizin siyasətinizə güvənirik. Bu gün ulu öndərimizin də ruhu şaddır. Allahdan ona rəhmət diləyib, Sizə isə möhkəm cansağlığı və daima Azərbaycan hakimiyyətinin başında olmağınızı arzulayıram!
Allah Sizi qorusun!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Hüseynov Əli, şəhid atası, Ağdam rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu