Şriftin ölçüsü :

Saytın rəngi :

Bəsti Vəliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 08 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident,
 
İşinizin çox və gərgin olduğunu bilsəm də keçirdiyim hissləri Sizə çatdırmaq istədim.
 
Cənab Prezident, mən əslən İrəvan şəhərindənəm. Oktyabrın 27-də rəşadətli Ordumuz tərəfindən ilk 7 kəndimiz alınanda biz həmin gün yenidən doğulduq. Siz bizim qürurumuzu, mənliyimizi, qeyrətimizi geri qaytardınız.
 
Cənab Prezident, bir aydan çoxdur ki, biz hər gün Sizin verəcəyiniz şad xəbərləri səbirsizliklə gözləyirik. Eyni zamanda biz bu bir ayda arındıq, təmizləndik, birləşdik, doğmalaşdıq. İndi mən bilmirəm İrəvandanam, Cəbrayıldanam, Fizulidənəm, Laçındanam, Xankəndidənəm. Mən Azərbaycandanam!
 
1993-cü ildə Heydər Əliyev özünün qayıdışı ilə bizim ölkəmizi parçalanmaqdan xilas etdi. Siz isə, cənab Prezident, işğal olmuş torpaqlarımızı işğaldan azad etdiniz. Həmin torpaqlara böyük qayıdış olacaq. Siz xilaskarın xilaskar oğlu kimi indi hər evin oğlu, qardaşı, atasısınız. Çox sağ olun.
Cənab Prezident, mən də ailəmlə birlikdə işğaldan azad edilmiş torpaqlarda ev tikməyə, təsərrüfat qurmağa hazıram. Biz o torpaqlarda əkək, biçək, təsərrüfat birliyi yaradaq, inkişaf edək, oraları cənnətə döndərək.
 
Bir arzum isə Ermənistanda qalan yurdlarımızın adlarını Qarabağda, yeni yaranan kəndlərdə yaşadaq.
 
Hörmətlə,
Vəliyeva Bəsti Məmməd qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər