Şriftin ölçüsü :

Saytın rəngi :

Hicran Xudiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 08 noyabr 2020-ci il

 
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan
 
Mən bir Azərbaycan gənci olaraq gördüyünüz işləri, yürütdüyünüz siyasəti diqqətlə izləyir, bütün fəaliyyətinizi dəstəkləyirəm. Sizi və rəşadətli Ordumuzu işğal altındakı torpaqlarımızın azad edilməsi münasibəti ilə ürəkdən təbrik edirəm.
 
Siz Ulu Öndərimizin davamçısısınız. Xalqımızın rifahı, ölkəmizin çiçəklənməsi üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə təşəkkürümü bildirirəm. Əminik ki, Sizin rəhbərliyinizlə qarşımızda duran bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik.
 
Eşq olsun Azərbaycana!
 
Eşq olsun Azərbaycanın müdrik Prezidentinə və yenilməz Ordusuna!
 
Hörmətlə,
Hicran Xudiyeva
Xocalı rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər