Şriftin ölçüsü :

Saytın rəngi :

Zəhra Abdurahmanlıdan, Bakı şəhəri Binəqədi rayonu, 09 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident,
 
Öncə onu demək istəyirəm ki, Tanrı Sizi xaqımızın və Ordumuzun başının üzərindən əskik etməsin. Siz ulu öndər Heydər Əliyevin davamçısı, biz də Sizin yolunuzun yolçularıyıq. Sizin siyasətiniz, dərin zəkanız, savadınız şəxsən məndə böyük ruh yüksəkliyi yaradır.
 
Onu da bildirmək istəyirəm ki, uzun zamandır qəlbimdə Fransanın Paris şəhərinə getmək və o məşhur abidə olan Eyfel qülləsini görmək kimi bir arzu bəsləyirdim. Lakin Fransanın ermənispərəst mövqeyi məndə bu dövlətə qarşı nifrət yaradıb və daha ora getmək istəyində deyiləm. Vətən sevgisi bütün arzulardan öndə dayanır. Bunu Siz bizə öyrətdiniz.
 
İnşallah, bu qara buludlar xalqımızın başı üzərindən keçəcək, biz Sizin və müzəffər Ordumuzun sayəsində öz doğma torpaqlarımıza qayıdacağıq. İstərdim ki, bizim ölkədə Eyfel qülləsindən də yaxşı “Azadlıq Qülləsi” ucaldılsın. Mən də arzumu öz Vətənimdə reallaşdırım, həmin qülləni doyunca seyr edim.
 
Cənab Prezident, biz Sizə inanırıq və vətəndaş olaraq sonuna qədər Sizin arxanızdayıq!
 
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
Abdurahmanlı Zəhra Naib qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi
Keçidlər