Şriftin ölçüsü :

Saytın rəngi :

Mehparə Əsədovadan, Bakı şəhəri Binəqədi rayonu, 09 noyabr 2020-ci il

 
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan
 
Bizə bu sevincli günləri yaşatdığınıza görə Sizə minnətdaram. Siz xalqımıza qürur hissini qaytardınız. Hər gün gözlədiyim Sizin inamlı çıxışlarınız bizə ruh verir, xalqımızı qələbəyə kökləyir. Sizin müraciətlərinizdən sonra əminlik hissimiz birə-beş artır, qələbənin yaxınlaşdığını hiss edirik. Tezliklə yeni xoş müjdələrinizi gözləyirik, cənab Prezident. Çoxdan bu günləri gözləyir və gələcəyinə inanırdıq.
 
Allahdan Sizə və şanlı Ordumuza qüvvət diləyirəm.
 
Hörmətlə,
 
Mehparə Əsədova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər